Modern.az

Federal Ehtiyatlar Sistemindən dollarla bağlı mühüm qərar

Federal Ehtiyatlar Sistemindən dollarla bağlı mühüm qərar

İqtisadiyyat

18 Sentyabr 2019, 22:16

ABŞ-ın Federal Ehtiyatlar Sistemi bu il ikinci dəfə faiz dərəcəsi ilə bağlı qərar qəbul edib.

 Modern.az  xəbər verir ki, FES bu dəfə uçot dərəcəsini aşağı salıb.

Bildirilir ki, tənzimləyici sentyabrın 17-18-də keçirilən iclasın nəticəsinə əsasən illik baza faiz dərəcəsini 2-2,5 faizdən 1,75-2 faizə salıb.

Qərar analitiklərin əksəriyyətinin proqnozları ilə üst-üstə düşüb. FED bir qədər əvvəl də uçot dərəcəsini 0,25 faiz azaldaraq 2,25-2,5%-dən 2-2,25%-ə endirib.

Qeyd edək ki, faiz azalması ABŞ prezidenti Donald Trampın uçot dərəcəsinin yüksək olması ilə bağlı tənqidləri fonunda baş verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım