Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə fevralın 16-da ölkə ərazisində hava şəraiti gündüz əsasən yağmursuz keçəcək, axşam yenidən yağıntı gözlənilir. Cənub küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.
Bakıda və Abşeron yarımadasındatemperatur gündüz 5-9 dərəcə isti, axşama doğru müsbət 2 dərəcəyə yaxın olacaq.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Axşam yağıntılı olacağı, qar yağacağı gözlənilir. Temperaturun gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacağı, axşam isə qar yağacağı gözlənilir. Temperaturun gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, axşam isə yağıntılı olacağı gözlənilir. Temperatur gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər dağlarda duman olacağı, qar yağacağı gözlənilir. Temperaturun gündüz 4-8 dərəcə isti, dağlarda 0-4 dərəcə isti olacağı gözlənilir.
Modern.az