Modern.az

Hesablama Palatasında kollegiya iclası keçirilib

Hesablama Palatasında kollegiya iclası keçirilib

Təhsil

16 Fevral 2012, 12:45

Hesablama Palatasının kollegiya iclası keçirilib. Palatadan verilən məlumata görə, dünən keçirilən iclasda İmişli rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil-kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi, Göyçay rayonu üzrə yerli xərclərin tərtibi, yerli xərclərdən maliyyələşən büdcə təşkilatlarına ayrılan vəsaitlərin icrası, dövlət əsaslı vəsait qoyuluşundan Bakı Metropoliteninin “Azadlıq prospekti” metro stansiyasının tikintisinə ayrılan vəsaitlərin istifadəsi, “Azərtunelmetrotikinti” Açıq Səhmdar Cəmiyyətinə dövlət əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitlərin və dövlət əmlakının istifadəsi, dövlət əsaslı vəsait qoyuluşundan “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə Bala Bəhmənli kəndi ərazisində Yuxarı Mil Kanalında və iqtisadi rayonlarda su elektrik stansiyalarının tikintisi, dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində aparatın saxlanılmasına ayrılan vəsaitlərdən və Dünya Bankından hökumət zəmanəti ilə cəlb edilən kreditdən istifadə üzrə auditlərin nəticələri barədə rəy və hesabatlar geniş müzakirə edilərək təsdiq olunub.
Kollegiya iclasının qərarları barədə Azərbaycan Respublikasının Milli Məclisinə məlumatların təqdim edilməsi qərara alınıb.

İclasda, həmçinin, Sənaye və Energetika Nazirliyinə aparatın saxlanılmasına və dövlət əsaslı vəsait qoyuluşundan ayrılan vəsaitlərin istifadəsinə, “Azərbaycan İnvestisiya Şirkəti” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti üzrə vəsaitlərin formalaşması və istifadə vəziyyətinə, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Ucar Suvarma Sistemləri İdarəsinə və Ucar Meliorasiya İdarəsinə dövlət büdcəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinə dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən və ehtiyat fondlarından Bakı şəhərinin yenidənqurma və abadlıq işlərinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polis İdarəsi tərəfindən dövlət rüsumlarının, cərimələrin, digər icbari ödənişlərin, habelə xüsusi vəsaitlər üzrə daxilolmaların qanunvericiliyə uyğun hesablanması və ödənilməsinə dair Audit proqramları təsdiq edilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal