Modern.az

Bakı metrosu “Eurovision-2012”yə necə hazırlaşır?

Bakı metrosu “Eurovision-2012”yə necə hazırlaşır?

Təhsil

16 Fevral 2012, 13:03

Bu ilin may ayında Bakıda “Eurovision-2012” beyn’lxalq mahnı yarışması keçiriləcək. Yarışmaya Avropanın 40-dan çox ölkəsindən izləyicilər, turistlər gələcək. Bakıya gələcək xarici qonaqların yolu şübhəsiz ki, paytaxt metrosundan da yan keçməyəcək. Bəs görəsən Bakı Metropoliteni yarışmaya hazırlıqla bağlı hansı işləri görür?
Modern.az saytının əməkdaşı bununla bağlı Bakı Metropolitenin rəisi Tağı Əhmədovdan münasibət öyrənib.

T.Əhmədov Bakı Metropoliteni həmişə öz qaydasında işlədiyini və bunun müsabiqə keçirilən müddətdə də həmin axarla davam edəcəyini vurğulayıb. T.Əhmədovun sözlərindən belə məlum olub ki, Metropoliten idarəsi Bakıda keçiriləcək  “Eurovision-2012” mahnı yarışması ilə bağlı bir sıra işlər görür. Metropolitenin bir qrup işçisinə ingilis dili təlimləri keçirilir. Metro stansiyalarında informasiyaların iki dildə - ingilis və Azərbaycan dilində səsləndirilməsi, bunun elektron tablolarda verilməsi üçün də hazırlıq görülür.

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal