Fevralın 26-da İstanbul şəhərinin Taksim meydanında Xocalı soyqrımı ilə bağlı keçiriləcək mitinqdə Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalının rəhbərliyi ilə partiyanın nümayəndə heyəti iştirak edəcək. Bu barədə Modern.az saytına Ana Vətən Partiyasının mətbuat xidmətindən məlumat verilib.
Nümayəndə heyətində millət vəkili, partiyanın sədr müavini Zahid Oruc da yer alır.
Modern.az