ABŞ Səudiyyə Ərəbistanına məxsus neft obyektlətinə hücumdan sonra ölkəyə kömək məqsədi ilə əsgər göndərir.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidenti Trampın göndərdiyi qoşun Ərəbistanı hava və raket hücumlarından qoruyacaq. ABŞ Müdafiə naziri Mark Esper bu addımın Birləmiş Ərəb Əmirliyinin xahişi ilə atıldığını bildirib.
İranı "zorakılığı ciddi şəkildə artırmaqda" günahlandıran Esper, bölgədəki xalqların ABŞ-dan kömək istədiklərini söyləyib. Esper göndəriləcək əsgər sayının minlərlə olmayacağını və ölkəyə orta sayda qoşun daxil olacağını da qeyd edib. Müdafiə naziri həmçinin Səudiyyə Ərəbistaı və Birləşmiş Ərəb Əmirliklərinə hərbi texnikanın çatdırılmasını sürətləndirməyi planlaşdırır.
Xatırladaq ki, ötən şənbə Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”ya məxsus 2 obyektə silahlı pilotsuz uçuş aparatı ilə edilən hücum nəticəsində yanğın baş verdiyi açıqlanmışdı.