Modern.az

Türk qəzetinin redaksiyasına hücum olub

Türk qəzetinin redaksiyasına hücum olub

Təhsil

16 Fevral 2012, 15:14

“Zaman” qəzetinə partlayıcı maddə atanlar PKK lideri Öcalana azadlıq tələb ediblər

Almaniyanın Köln şəhərində Türkiyənin “Zaman” qəzetinin redaksiyasına basqın edilib. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, fevralın 15-dən 16-na keçən gecə saat 2.00 radələrində redaksiyaya pəncərədən partlayıcı maddə atılıb. Saxlanılanlardan birinin 17, digərinin 22 yaşı var.

Polisin fikrincə, Türkiyə qəzetinin redaksiyasına hücum siyasi məqsədli olub. Köln şəhər polisinin mətbuat katibliyindən isə bilidirilib ki, basqının PKK terror təşkilatının rəhbəri Abdulla Öcalanın həbsinin 13-cü ildönümü ilə bağlı olması da istisna edilmir. Digər versiyaya görə, basqını ekstremistlər də təşkil edə bilərlər.

Bundan əlavə, həmin hücumdan yarım saat əvvəl naməlum şəxslər türk kafesinə də hücum ediblər. Kafenin pəncərələri sındırılıb, amma müştərilərdən heç kəs xəsarət almayıb.

Şahidlərin sözlərinə görə, hücum edənlərin köynəklərində “Kürdistan” yazılıbmış və Öcalanın azadlığa buraxılmasını tələbini səsləndiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal