Modern.az

Sabir Rüstəmxanlıya medal verildi

Sabir Rüstəmxanlıya medal verildi

Təhsil

16 Fevral 2012, 16:15

Polşa Mədəniyyət Nazirliyi Azərbaycanın Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlını «Sənətkara şöhrət» medalı və xüsusi diplomla təltif edib.

Bu barədə Polşanın Azərbaycandakı səfirliyi məlumat verib. Polşa Mədəniyyət Nazirliyinin açıqlamasına görə, S.Rüstəmxanlı bu medala mədəniyyət və ədəbiyyat sahəsindəki xüsusi xidmətlərinə və Polşa-Azərbaycan ədəbi əlaqələrinin inkişafında oynadığı rola görə layiq görülüb.

Xatırladaq ki, Xalq şairi Sabir Rüstəmxanlı polyak ədəbiyyatının klassiki, slavyan poeziyasının üç zirvəsindən biri sayılan Adam Mitskeviçin ədəbi irsinin tərcüməsi və onun Azərbaycanda tanıdılması sahəsində xeyli iş görmüşdür. S.Rüstəmxanlının tərcüməsində A.Mitskeviçin «Krım sonetləri» (1985), «Krım sonetləri - pantodeuş» (1998) kitabları, həmçinin «Dünya ədəbiyyatı kitabxanası» seriyasından kütləvi tirajla çap olunan «Seçilmiş əsərləri» Azərbaycan oxucusuna təqdim edilmişdir. S.Rüstəmxanlı həm də Adam Mitskeviçin yaradıcılığı ilə bağlı bir sıra məqalələrin müəllifidir.

Polşanın Azərbaycandakı səfirliyinin məlumatına görə, Sabir Rüstəmxanlının təltif olunduğu «Sənətkara şöhrət» medalının xüsusi təqdimetmə mərasiminin keçirilməsi nəzərdə tutulur.

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal