Dünyanın çox yerində, o cümlədən Azərbaycanda asıqran şəxsə, səbir gətirənə ətrafındakılar dərhal “Sağlam ol!” deyirlər və bu, bir həyat tərzinə çevrilib. Bu ifadə özü-özülüyündə geniş mənanı əhatə edir.
Məsələnin tibbi izahı belədir ki, insan asqıran zaman onun ürəyinin atışları bir neçə saniyəlik dayanır ki, bu əsnada ürək istirahət edir. Bu da insanın ölüb, yenidən həyata dönməsi kimidir. Lakin asqırdıqdan sonra ürək yenidən fəaliyyətə başlayır. Ona görə də asqıran insana hər zaman “Sağlam ol!” deyilir və bu artıq vərdişə çevrilib.
Maraqlıdır, bu ifadənin işlənməsinin kökü haradan gəlir?
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun şöbə müdiri Elxan Məmmədov Modern.az saytına bildirib ki, “Sağlam ol!” ifadəsi bizim üçün xarakterik deyil. Onun sözlərinə görə, heç də Azərbaycanın hər yerində bu ifadədən istifadə edilmir.
“Sağlam ol!” ifadəsi daha çox şəhər yerlərində işlənir və rusların “Bud zdorovıy!” ifadəsinin hərfi tərcüməsi nəticəsində yaranıb.
E.Məmmədov qeyd edib ki, “Sağlam ol!” əvəzinə bu gün rayon və kənd yerlərində bizim xalq ifadələrimiz işlənilir: “Allah sağlıq versin!”, “Canın sağ olsun!”, “Ömrün uzun olsun!” kimi…
“Bunlar əslində bizim xalq ifadələridir. Vaxtilə bizdə olub, indi də işlənilir. “Sağlam ol!” isə sadəcə ruslardan sırf tərcümə əsasında yaranan ifadədir”.
Tibb mütəxəssislərinə görə, insan asqırmaqla saniyənin onda biri qədər bir zamanda hava girişləri bağlanaraq saatda 300-350 km sürətlə 85 milyon bakteriyanı bomba kimi havaya atır.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə hesab edir ki, asqırmaq yuxarı tənəffüs yollarının qıcıqlanması nəticəsində baş verən reflektor reaksiyadır: “Asqırmaq yuxarı tənəffüs yollarının qıcıqlanması, yad cisim, müxtəlif iylər, qıcıqlandırıcı təsir göstərən istənilən maddə, yaxud da iltihabi proses nəticəsində baş verən reaksiyadır. Bu zaman orqanizm həmin refleks vasitəsilə yuxarı tənəffüs yollarından selik, bəlğəm digər vasitələr bayıra çıxrarır”.
Professorun fikrincə, əslində asqırmaq müəyyən qədər yuxarı tənəffüs yollarının təmizlənməsi prosesidir. Asqırmağın müdafiə reaksiyası olduğunu deyən həkim bildirib ki, normal halda istənilən insanda yuxarı tənəffüs yollarının qıcıqlnması ilə bu reasiya yarana bilər:
“Ona görə də bu proses baş verəndə rəmzi, simvolik olaraq insanlar arasında “Sağlam ol!” ifadəsi ortaya çıxır. Bunun rəmzi mənası eyni zamanda həm də müəyyən qədər həmin fizioloji reaksiyanın mahiyyəti ilə bağlıdır. Yəni asqırma zamanı insan yuxarı tənəffüs yollarında olan yad cisimləri, mexaniki qıcıqlandırıcıları və s. bayıra çıxarır, bu da bir növ yuxarı tənəffüs yollarının sonatsiyası, yəni fizioloji sonatsiyası kimi qəbul oluna bilər. Bu zaman simvoliq olaraq da “sağlam ol” ifadəsi deyilib”.
Yeri gəlmişkən, Azərbaycanın bəzi yerlərində kimsə bir yerə getmək istəyəndə, yol üstündə olanda bir nəfər səbir gətirirsə, yəni asqırırsa o işin ardınca getməyi ya təxirə salırlar, ya da gecikdirilər ki, bir qədər zaman ötsün. Bu isə hadisəyə dini nöqteyi-nəzərdən yanaşmadır.
Amma dini ekspertlər deyirlər ki, İslaмda belə bir göstəriş yoxdur. Üмuмiyyətlə, bu sayaq işlər İslaм ruhundan uzaqdır. Bildirilir ki, bir iş görмək qərarına gəldikdə asqıran olursa, Allaha təvəkkül edərək işinizin ardınca gedin.
“Səbir haqqında buyurulмuşdur ki, əgər aranızda bir şəxs səbir gətirsə, ona dua edin və “Yərhəмəkuмullah!”, yə’ni Allahın мərhəмəti halına şaмil olsun!” deyin. Qarşı tərəf də dua edib belə deмəlidir: “Yəğfirəllahə ləkuм!”, yə’ni “Allah sizi bağışlasın!”. Aммa səbirdən sonra bir qədər gözləмək, tək səbir, cüt səbir deyə dayanмaq əfsanədən başqa bir şey deyil. Agah və aliм мüsəlмanlar belə əfsanələrdən çəkinмəlidirlər”-deyə din alimləri bildirirlər.
Aytən Əliyeva