Türkiyə Kommunist Partiyası (TKP) Daxili İşlər Nazirliyinə müraciət edərək rəsmən ikinci dəfə qurulduğunu bildirib. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, indiyədək bu ad altında fəaliyyət göstərən bir partiya da var.
İkinci TKP-nin qurulması ilə bağlı yayılan açıqlamada deyilir: “Cümhuriyyətdən əvvəl mövcud olan, siyasi varlığını 1920-ci ildən gizli davam etdirən Türkiyə Kommunist Partiyası bu gün rəsmən qurulmuş oldu”.
Partiyanın qurucuları tərəfindən dəyişdirilən nizamnamənin birinci maddəsinə görə, partiyanın adı Türkiyə Kommunist Partiyası, qısaldılmış adı TKP, emblemində isə sarı xətlə çevrələnən yuvarlaq mavi zəmi üzərində qırmızı oraq-çəkic, oraq-çəkicin üstündə TKP yazısı və altında sarı ulduz olacaq.
Açıqlamada qeyd edilir ki, TKP Türkiyənin 68-ci partiyası olaraq təsis olunub və Ankaradakı baş mərkəzdə fəaliyyətinə başlayıb: “Bununla da 92 il partiya olaraq hər hansı fəaliyyət göstərməmiş TKP siyasi-sosial həyatdakı yerini almış olmaqdadır”.
Amma Türkiyədəki eyni adlı partiya yeni partiyanın élan olunmasına qarşı çıxıb: “Bizim adımızla yeni bir partiya qurulmasına çalışırlar. TKP bizik”.