“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsi Bakıda sudan istifadə edən abonenlərinin sayını açıqlayıb.
Qurumdan Modern.az-a bildirilib ki, 2011-ci ildə Bakı şəhəri üzrə içməli sudan istifadə edən abonentlərin ümumi sayı 7,4 % artıb. 1 yanvar 2012-ci il tarixinə olan məlumata görə, Bakı şəhərində 595 min 144 abonent su və kanalizasiya xidmətlərinin istifadəçisi kimi qeydiyyata alınıb. Paytaxt üzrə istehlakçıların 97 %-ni əhali, 3 %-ni isə qeyri-əhali qrupu abunəçiləri təşkil edir. 2011-ci ildə abonent sayında artım əsasən nəzarət tədbirlərinin gücləndirilməsi, qeyri-qanuni qoşulmaların rəsmiləşdirilməsi, həmçinin yeni abunəçilərin qeydiyyata alınması hesabına qeydə alınıb.
|
Rayonlar
|
01.01.2011 |
01.01.2012 |
Artım |
1 | Sabunçu | 51173 | 59 069 | 7 896 |
2 | Suraxanı | 56120 | 60 408 | 4 288 |
3 | Xəzər | 5388 | 6 324 | 936 |
4 | Nizami | 48776 | 49 606 | 830 |
5 | Nəsimi | 58613 | 60 275 | 1 662 |
6 | Səbail | 29682 | 32 414 | 2 732 |
7 | Yasamal | 71760 | 76 359 | 4 599 |
8 | Xətai | 81617 | 85 595 | 3 978 |
9 | Nərimanov | 50670 | 52 474 | 1 804 |
10 | Binəqədi | 73367 | 83 663 | 10 296 |
11 | Qaradağ | 26596 | 28 958 | 2 362 |
12 | Bakı şəhəri üzrə cəmi: | 553 762 | 595 145 | 41 383 |
Modern.az