Modern.az

Milli qəhrəmanın xatirəsinə həsr olunmuş yarışa yekun vurulub - FOTOLAR

Milli qəhrəmanın xatirəsinə həsr olunmuş yarışa yekun vurulub - FOTOLAR

23 Sentyabr 2019, 14:49

Xəzər rayonu Şağan qəsəbəsində rayon Gənclər və İdman idarəsinin, Azərbaycan Teakvondo Federasiyasının və Azərbaycan Məktəblilər İdman Federasiyasının dəstəyi ilə Milli qəhrəman Tahir Həsənovun xatirəsinə həsr olunmuş məktəblilər arasında taekvondo üzrə açıq birinciliyə yekun vurulub.

 

Modern.az xəbər verir ki, Bakı şəhəri və respublikanın regionlarında fəaliyyət göstərən idman cəmiyyətləri və klublarından, eləcə də İran və Gürcüstandan ümumilikdə  360-dək idmançının mübarizə apardığı yarışda ilk pilləyə Təhsil RİM Sumqayıt şəhər 1 nömrəli İOEUGİŞM komandası sahib oldu. İkinci pilliyə RUGİM, üçüncü yerə İran komandası, dördüncü və beşinci yerlərə müvafiq olaraq “Fərasət” T.K, Tovuz komandası layiq görülüb. 
Qeyd edək ki, RUGİM-in yetirmələri bu yarışda 8 qızıl,7 gümüş, 8 bürünc medal qazanıb. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi