"Nazirlərin son görüşü ilə bağlı ümidlərimiz yüksəkdir. Hesab edirik ki, bu danışıqlar konkret nəticələrə gətirib çıxaracaq".
Modern.az xəbər verir ki, bu sözləri “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması”nın rəhbəri Tural Gəncəliyev Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünü qiymətləndirərkən bildirib.
"Danışıqların potensialı tükənmədiyi halda bu danışıqların davam etməsi və münaqişənin sülh yolu ilə həll olunması üçün imkanlardan istifadə edilməsi çox mühüm əhəmiyyətə malikdir"-deyə T.Gəncəliyev qeyd edib.