Modern.az

Bakıda nümayişi ləğv olunan "qalmaqallı film"in qapalı müzakirəsi keçiriləcək

Bakıda nümayişi ləğv olunan "qalmaqallı film"in qapalı müzakirəsi keçiriləcək

Təhsil

17 Fevral 2012, 16:23

Bakıda Rusiya istehsalı olan, 2008-ci ildə Cənubi Osetiyadakı müharibəyə həsr olunan “Avqust. Səkkizi” filminin müzakirəsi olacaq. Modern.az-ın məlumatına görə,
fevralın 20-də saat 19.00-da "Park Cinema" kinoteatrında "Avqust.Səkkizi" filminin kütləvi informasiya vasitələri arasında müzakirəsinin təşkili məqsədilə qapalı mətbuat-nümayişi təşkil olunacaq.

Qeyd edək ki, "Park Cinema" kinoteatrı adı çəkilən filmin Bakıda nümayişini planlaşdırılsa da, sonradan bunu ləğv etməli oldu. Filmin yaradıcılarını “Gürcüstana qarşı müharibəyə haqq qazandırmaqda” ittiham etmiş bir qrup vətəndaşın şikayətindən sonra kinoteatr planlarını dəyişdi.

Filmin Bakı premyerası ərəfəsində Facebook sosial  şəbəkəsinin azərbaycanlı istifadəçilərindən ibarət təşəbbbüs qrupu da etirazla çıxış edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal