Modern.az

TQDK bakalavrlara bir gün əlavə vaxt verdi

TQDK bakalavrlara bir gün əlavə vaxt verdi

Təhsil

17 Fevral 2012, 17:37

Ali təhsil müəssisələrinin magistraturalarına ərizələrin təsdiqi üçün ayrılmış vaxt uzadılıb. Bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidməti məlumat verib. Komisyadan bildirilib ki,  TQDK-sı  respublika ali təhsil müəssisələrinin magistratura səviyyələri üzrə müsabiqədə iştirak etmək üçün ərizələrin təsdiq müddətinin fevralın 18-dək (saat 17:00-dək) uzadılması barədə qərar qəbul edib.
"Bakalavrın elektron ərizəsi" formasını doldurmuş, lakin nəzərdə tutulan  vaxtadək Sənəd Qəbulu Komissiyasnda təsdiq etdirməyən bakalavrlar qeyd olunan vaxtadək tələb olunan sənədləri müvafiq SQK-ya təqdim edib “Bakalavrın elektron ərizəsi” formasını təsdiq etdirə bilərlər.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal