Modern.az

Öküz Bakı sakinlərini qorxuya saldı - VİDEO

Öküz Bakı sakinlərini qorxuya saldı - VİDEO

Təhsil

17 Fevral 2012, 21:44

Bakıda bu gün əsl şou yaşanıb. Metronun "Nizami" stansiyasının yaxınlığında öküz peyda olan bir öküz şəhərliləri əməlli-başlı həyəcanlandırıb. 
ANS TV-nin məlumatına görə, səhər tezdən paytaxt sakinləri şəhərin düz mərkəzində qeyri-adi mənzərənin şahidi olublar. Yolunu azmış bir öküz heç kəsə məhəl qoymadan küçələrdə o tərəf- bu tərəfə qaçırmış.

Heç kim bu öküzün kimdən və nəyə görə qaçdığını bilməyib. Sadəcə hamı bu qeyri-adi mənzərəni təəcüblə seyr edib. Boynundakı zəncirdən bəlli olub ki, bu şəhərə kəsilmək üçün gətirilən heyvanlardan biridir və çox güman ki, ya maşından düşürülərkən, ya da kəsilərkən qəssabın əlindən qaçıb.
Öküzü ilk görənlərdən biri- paytaxt sakini Əhməd Əhmədov deyir ki, heyvana səhər saat 9:30-da yarısında beşmərtəbənin ətrafında rast gəlib. Bir neçə dəfə "Beşmərtəbə"dən Xarici İşlər Nazirliyinin qarşısına qədər dövrə vuran öküz elə hey qaçırmış.
Öküz qarşısına çıxan hər kəsi tapdalamaq iqtidarında olduğundan onu kimsə saxlaya bilməyib. Heyvan o qədər hürkübmüş ki, hətta bir mağazanın pəncərəsini də sındırıb.

Öküzün zərərsizləşdirilməsinə polislər də cəlb olunub. Qaçmaqdan yorulan öküz bir müddət Azərbaycan Dövlət Milli Dram Teatrının qarşısındakı parkda dayanıb. Öküzün tutulmasına ətrafdakı insanlar öz istəkləri ilə cəlb olunub. Amma heyvan qaçaraq bir aptekə daxil olub.  Aptekdə isə bu arzuolunmaz qonağı heç kim gözləmirmiş. Optik əşyaların satıldığı hissədə öküz bir anlıq sakitləşib.
Aptekə vurduğu maddi ziyana görə orada işləyənləri qorxudan bu öküzü hələ çox xatırlayacaqlar. Aptek sahibi Afiq Qafarov AN STV-yə bidlirib ki, öküz 12 min manatlıq gözyoxlayan aparatı sındırıb. Daha sonra 700 manat dəyərində olan başqa bir cihazı sındırıb. Orada olan optik cihazlara ziyan dəyib.

Qaçmaqdan ləhləyən öküz yenə dincəlmək üçün Azərbaycan Dövlət Milli Dram Teatrının qarşısındakı parka gəlib. Onu tutmaq istəyənlərin tələsi bu dəfə də alınmayıb. Qısası öküz qaçıb, hamı da onun dalınca qaçıb.

Qeyd edək ki, öküz artıq tutulub.


Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal