Modern.az

Magistratura imtahanının vaxtı dəyişdi

Magistratura imtahanının vaxtı dəyişdi

Təhsil

20 Fevral 2012, 12:42

Modern.az saytının məlumatına görə, ali təhsil müəssisələrinin magistraturalarına keçiriləcək müsabiqədə iştirak etmək üçün ərizələrin qəbulu başa çatıb.

Ərizələrin qəbulu internet vasitəsilə fevralın 8-dən 18-dək aparılib. İlkin statistik məlumatlara əsasən imtahanda iştirak etmək üçün 17972 bakalavr ərizə verib. Onlardan 15791 Azərbaycan bölməsi, 2181 nəfəri rus bölməsi üzrə imtahan verəcək.

İmtahanda iştirak etmək üçün bakalavrlar fevralın 23-dən etibarən elektron ərizələrinə daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər. Orada göstərilən ünvanda və tarixdə imtahanda iştirak etmək üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni və şəxsiyyəti təsdiq edən sənədi imtahana mütləq gətirməlidirlər. 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-ci il fevralın 26-da cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirməliydi.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012-ci il fevralın 26-da Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı ölkəmizdə geniş miqyasda xatirə tədbirlərinin keçiriləcəyini nəzərə alaraq, magistraturaya qəbul imtahanının birinci mərhələsinin mart ayının 4-də keçirilməsi barədə qərar qəbul edib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal