Meksikada səfərdə olan Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov G-20 ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi toplantısında iştirakı çərçivəsində İtaliya nümayəndə heyətinə rəhbərlik edən xarici işlər üzrə dövlət katibi Marta Dassu ilə görüşüb. Görüş zamanı tərəflər iki ölkə arasında münasibətlərin genişləndirilməsi imkanları ətrafinda fikir mübadiləsi aparıblar. İtaliya tərəfi Azarbaycanla xüsüsilə enerji sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirmiş və bu məqsədlə iki ölkə rəsmiləri arasında səfər mübadiləsinin hayata keçirilməsinin önəmini qeyd ediblər. Nazir Elmar Məmmədyarov Azarbayacanın İtaliya ilə bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu bildirərək səfər mübadilələrinin buna təkan verəcəyini qeyd edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov ABŞ Dövlət Departamentinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarla da görüş keçirib. Görüşdə iki ölkə arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın hazırki durumu və gələcək inkişaf perspektivləri müzakirə edilib.
Nazir Elmar Məmməyarovun İspaniyalı həmkarı Xose Manuel Qarsia-Marqallo ilə keçirdiyi görüşdə iki ölkə arasındakı ikitərəfli əlaqələrin hazırki durumu barədə fikir mübadiləsi aparılıb, enerji, turizm və ticarət sahəsində əməkdaşlığın əhəmiyyəti vuyrğulanmış və əməkdaşlığın daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğu qeyd edilib. Xarici işlər nazirləri iki ölkə arasında səfər mubadilələri və biznes forumların təşkili və həm Azərbaycanda, həm də İspaniyada mütəmadi olaraq keçirilən turizm sərgilərində müvafiq qurumların qarşılıqlı şəkildə iştirakın təşviq edilməsi barədə razılığa gəliblər.
Nazir Elmar Məmmədyarov Meksikaya səfərinin ilk günü yerli kanallardan birinə müsahibə verib.
Modern.az