Baş Cinayət-Axtarış İdarəsi, Bakı BPİ-nin Cinayət-Axtarış İdarəsi və Nərimanov RPİ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 3-də "Life Centre" ticarət mərkəzində Bakı şəhər sakini İsgəndər Məcidova məxsus mağazadan içərisində 32.000 dollar pul, brilyant və qızıl-zinət əşyaları olan seyfi oğurlamış şəhər sakinləri Məlik Məlikov, Səbuhi Məmmədov və Vasif İsmayılov tutulublar.
Məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Modern.az