Modern.az

Azərbaycanda 7 gün iş olmayacaq

Azərbaycanda 7 gün iş olmayacaq

Ölkə

21 Fevral 2012, 12:30

Azərbaycanda Novruz bayramı münasibətilə 7 gün qeyri-iş günü olacaq. Bu barədə Trend-ə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin qəbul etdiyi qərarla Azərbaycanda martın 20-dən 24-nə kimi (5 gün) qeyri-iş günü olacaq. Martın 24-nün şənbə gününə düşməsi ilə əlaqədar olaraq 26 mart tarixi də qeyri-iş günü elan edilib.

Azərbaycan Respublikasının "Əmək Məcəlləsinə əlavə və dəyişiklərin edilməsi haqqında" 30 dekabr 2005-ci il tarixli qanununa əsasən, bayram günləri həftənin sonuna (qeyri-iş günlərinə) düşərsə, həmin günlər avtomatik olaraq sonrakı iş günlərinə keçirilir.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım