Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabahın hava proqnozunu açıqlayıb. Sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında fevralın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, dağlıq ərazilərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 12-17 dərəcə şaxta olacağı gözlənilir.
Modern.az