Modern.az

Kamçatka azərbaycanlıları “Nəsimi ili”ni qeyd etdi  - FOTOLAR

Kamçatka azərbaycanlıları “Nəsimi ili”ni qeyd etdi  - FOTOLAR

5 Oktyabr 2019, 14:36

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan olunub. Bununla bağlı xarici ölkələrdəki diasporumuz da aktivlik göstərir.

Ötən gün Rusiyanın Kamçatka diyarında Azərbaycan diasporu İmaməddin Nəsiminin 650 illik yubileyi ilə bağlı tədbir həyata keçirib.

 

Bu barədə Kamçatka Azərbaycan Diasporunun rəhbəri Zahid Bəşirov Modern.az-a bildirib.

 

“Biz Petropavlovsk-Kamçatskidə “İçərişəhər” kitabının təqdimatını etdik. Bununla yanaşı, çoxlu foto materiallar çap etdirib paylaşdıq. Keçirilən tədbirdə  müxtəlif millətlərin nümayəndələri iştirak edirdi. Tədbir boyunca Nəsiminin şeirlərinin tərcümələri oxundu və sonda “Nəsimi” filminə baxdıq”.

 

Xatırladaq ki, bundan əvvəl, Kamçatkada yaşayan azərbaycanlıların komandası – Qarabağ yerli futbol turnirinin qalibi olmuşdu.

 

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər