Modern.az

QHT Şurasına namizədlərin sayı bəlli oldu

QHT Şurasına namizədlərin sayı bəlli oldu

Təhsil

21 Fevral 2012, 17:59

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası haqqında Əsasnamə”nin 3.6-cı bəndinə uyğun olaraq, Şura üzvlüyünə seçkilərdə namizədlərin irəli sürülməsini təmin etmək üçün 31 yanvar-17 fevral 2012-ci il tarixlərində Şuranın dərc etdiyi elana görə QHT-lərdən ərizələrin qəbulu həyata keçirilib.

Aşağıdakı ixtisaslaşmış QHT qrupları üzrə Şura üzvlüyünə namizəd və seçki iştirakçılarının say nisbəti belə formalaşıb:  

insan hüquqları və demokratiya:  namizəd – 4 nəfər;   iştirakçı – 66 nəfər

ailə, qadın və uşaq məsələləri:   namizəd – 6 nəfər; iştirakçı – 80 nəfər

qaçqın, köçkün, əlil və veteranların məsələləri:  namizəd – 6 nəfər; iştirakçı – 37 nəfər;

iqtisadi və sosial məsələlər: namizəd – 11 nəfər; iştirakçı – 88 nəfər;

təhsil, elm və mədəniyyət: namizəd – 13 nəfər; iştirakçı – 76 nəfər;

gənclər və vətənpərvərlik tərbiyəsi: namizəd – 10 nəfər; iştirakçı – 140 nəfər;

səhiyyə, sağlamlıq və ekologiya: namizəd – 8 nəfər; iştirakçı – 39 nəfər;

narkomaniyaya, korrupsiyaya, insan alverinə və terrorizmə qarşı mübarizə: namizəd – 5 nəfər; iştirakçı – 41 nəfər;

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, QHT qrupları üzrə yığıncaqların keçirilmə tarixi və yeri haqqında bilgi veriləcək.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal