Modern.az

Azərbaycanda terrorçu qrup zərərsizləşdirilib

Azərbaycanda terrorçu qrup zərərsizləşdirilib

Təhsil

21 Fevral 2012, 18:52

Azərbaycanda əcnəbi vətəndaşlara qarşı odlu silah, partlayıcı maddələrdən və qurğulardan istifadə edərək terrorçuluq cinayətinin törədilməsi məqsədilə mütəşəkkil dəstə tərkibində fəaliyyət göstərən şəxslər yaxalanaraq ifşa olunub. AzTV-nin Milli Təhlükəsizlik Nazirliyinə istinadən yaydığı məlumata əsasən, onlar terrorçuluq cinayəti törətmək məqsədilə İranın xüsusi xidmət orqanı olan "Sepah"ın tapşırığı əsasında kəşfiyyat xarakterli məlumatları toplayıb qanunsuz olaraq xeyli sayda odlu silah, döyüş sursatı, partlayıcı maddələr və partlayıcı qurğular əldə edib, habelə digər hazırlıq işləri görüblər.

Azərbaycanda terrorçuluq törətmək məqsədilə "Sepah"ın əməkdaşı Həmid və Livanda fəaliyyət göstərən "Hizbullah" terrorçu təşkilatının "Müqavimət" adlı hərbi əməliyyatlar qanadının rəhbəri Hacı Abbas tərəfindən yaradılan bu mütəşəkkil dəstənin üzvləri arasında müvafiq vəzifə bölgüsü müəyyən edilib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal