Modern.az

Müəllimlərin statusu Nazirlər Kabinetində düyünə düşüb

Müəllimlərin statusu Nazirlər Kabinetində düyünə düşüb

Ölkə

22 Fevral 2012, 15:38


Təhsil Nazirliyi müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi ilə bağlı təklifləri bir müddət öncə Nazirlər Kabinetinə təqdim edib. Modern.az-ın məlumatına görə, bu barədə jurnalistlərə təhsil naziri Misir Mərdanov məlumat verib.
Nazirin bildirib ki, hazırda Nazirlər Kabinetində olan təkliflər baxılma mərhələsindədir. Bununla bağlı müvafiq qərarın nə vaxt veriləsəyi isə dəqiqi məlum deyil.

M.Mərdanov onu da deyib ki, müəllimlərə digər dövlət idarələrində çalışan dövlət qulluqçularının statusuna yaxın status verilərkən 65 yaş məhdudiyyətilə əlaqədar işdən çıxarılan pedaqoqlar da nəzərə alınacaq.

Xatırladaq ki, prezident İlham Əliyev 2011-ci il aprelin əvvəlində dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə sərəncam imzalayıb.
Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Aradan 1 ilə yaxın vaxt keçsə də, Nazirlər Kabineti sözügedən Konsepsiyanı hazırlamağı yubadır. Məsələnin hələ ötən ilin sentyabrda həll olunacağı gözlənilirdi, amma bu baş vermədi. 
Ekspertlər deyirlər ki, müəllimlərə digər dövlət idarələrində çalışan dövlət qulluqçularının statusuna yaxın status verilərsə, onda  onların əməkhaqları heç olmasa 2 dəfə artırılmalıdır.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər