Modern.az

Türkiyə Suriya ilə sərhəddə əlaqəni kəsdi

Türkiyə Suriya ilə sərhəddə əlaqəni kəsdi

9 Oktyabr 2019, 18:29

Türkiyə Suriya ilə sərhəddə telefon və elektron əlaqələri kəsib.

 

Virtualaz.org “Haber Türk” saytına istinadən bildirir ki, bu addım Suriyanın şimalında hərbi əməliyyatın təhlükəsizliyini təmin etmək üçün atılıb. Türkiyə Hərbi Hava Qüvvələri və Türkiyə artilleriyasının hazırda Suriyanın şimalındakı terrorçu mövqelərinə hücum etdiyi də bildirilir.

 

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada yeni hərbi əməliyyatın başlandığını elan edib. Ərdoğanın sözlərinə görə, Suriyanın şimalında yeni bir antiterror əməliyyatı "Sülh mənbəyi" (Barış Pınarı) adı altında həyata keçirilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi