Modern.az

“Ferid 23” erməni saytlarını dağıtdı

“Ferid 23” erməni saytlarını dağıtdı

Təhsil

23 Fevral 2012, 08:21

Bu gün 20-dən artıq erməni saytına hücum olub. Bu barədə Ermənistan mətbuatı yazıb. Modern.az saytı düşmən ölkənin mediasına istinadən bildirir ki, hücum nəticəsində Ermənistanın 20-dən artıq saytı dağıdılıb. Rəsmi qurumların da saytları “Ferid 23”-ün həmləsinə tab gətirə bilməyib. Ermənistanın aviasiya şirkətinin saytı da dağıdılanlar sırasındadır.

Dağıdılmış saytlarda "Ferid 23" yazılıb. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun və Xocalı soyqırımı qurbanlarının şəkilləri yerləşdirilib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal