Modern.az

İzmirin 9 Eylül Universitetində Xocalı soyqırımında danışılıb

İzmirin 9 Eylül Universitetində Xocalı soyqırımında danışılıb

Təhsil

23 Fevral 2012, 11:42

Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımının 20-ci ildönümü ilə əlaqədar Türkiyənin İzmir şəhərində Türkiyə Azərbaycan Dərnəkləri Federasyonu və Türk Dünyası İqtisadi Araşdırmalar Topluluğu tərəfindən Dokuz Eylül Universitetində təşkil edilən “Xocalı Qətliamı və sözdə erməni soyqırımı” adlı konfransda çıxış edib.

Konfransdan əvvəl Xocalı Soyqırımı ilə bağlı sərgiyə baxış olub. Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndikdən sonra konfrans Heydər Əliyev Fondunun Xocalı Soyqırımı ilə bağlı hazırladığı filmin nümayişi ilə başlayıb.

Konfransda iştirak edən Qənirə Paşayeva öz çıxışında Xocalı Soyqırımının yalnız azərbaycanlılara qarşı deyil, insanlığa qarşı edilmiş bir cinayət olduğunu  vurğulayaraq bu soyqırımı edənlərin ədalət qarşısında hesab verməli olduqlarını  bildirib və “Xocalı Soyqırımı sənin, mənim, onun, bunun problemi deyildir. Xocalı Soyqırımı bir Türk problemidir”- deyə əlavə edib.

 Millət vəkili fevralın 26-da saat 14-də İstanbulun Taksim meydanında keçiriləcək mitinqə də toxunub. O, hər kəsİ  “Hamımız Xocalılıyıq, Hamımımız Qarabağlıyıq”  mitinqində iştirak etməyə cağırıb.  Onlarla izmirli “biz də orda olacağıq”, - deyə bu çağırışa səs verib. 

Konfransda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmisi Cavanşir Vəliyev də çıxış edərək, Xocalı Soyqırımı barədə məlumat verib və Xocalı Soyqırımının bütün dünyanın diqqətinə çatdırılmasının və tanıdılmasının vacibliyini qeyd edib.

Daha sonra konfrans iştirakçılarının sualları cavablandırılıb.

Konfransda sonra millət vəkili Qənirə Paşayeva Türkiyənin tanınmış İHA  Xocalı Soyqırımı, Ermənistanının işğalçılıq siyasəti barədə geniş müsahibə verib.  

Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal