“Ziyalıların bir yerdə yığışıb məsələtləşmələrini, cəmiyyətin məsələlərini həll etmək söhbətlərinə mən müsbət baxıram”. Bunu “Ziyalılar Forumunun fəaliyyətini necə qiymətləndirirsiniz” sualını cavablandıran tanınmış şair Musa Yaqub Modern.az saytına deyib.
Lakin o qeyd edib ki, forumun fəaliyyəti ilə yaxından tanış olmadığı üçün onların işləri barədə bundan artıq heç nə deyə bilməz.
“Özüm onların toplantılarında iştirak etməmişəm. İştirak etsəm, söz-söhbətlərini eşitsəydim, konkret bir söz deyə bilərdim”.
Ancaq şair ziyalıların üstünə düşmək lazım olmadığını vurğulamağı unutmayıb.
“Amma qeyd edim ki, onların üstünə düşmək lazım deyil. Yığılırlar bir yerə məsləhət edirlər. Ümumiyyətlə ağsaqalların, ziyalıların bir yerə yığışıb məsələhətləşmələri, cəmiyətin məsələlərini həll etmək söhbətlərinə yenə deyirəm mən müsbət baxıram” deyə sonda Musa Yaqub vurğulayıb.
Aytən ƏLİYEVA