Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az saytına verilən məlumata görə, fevralın 23-dən 24-nə keçən Bakıda və Abşeron yarımadasında hava şəraitinin gecə və səhər yarımadanın bəzi yerlərində az yağıntılı olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal küləyi əsəcək, günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 4-8 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 24-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, 24-25 fevralda biometeoroloji amillərin iqlim norması daxılində zəif və mülayim tərəddüdü əksər meteohəssas insanlar üçün əlverişlidir.
Modern.az