Modern.az

28 il öncə çəkilən şəkil...

28 il öncə çəkilən şəkil...

Təhsil

23 Fevral 2012, 14:13


Rauf Həşimov indi deputat köməkçisi işləyir. Uzun müddət müxtəlif vəzifələrdə çalışan müsahibimiz deyir ki, fevralın 24-də bu şəklin 28 illik tarixçəsi tamam olacaq. Heydər Əliyev siyasətinin yorulmaz tərəfdarı olan R.Həşimovun sözlərinə görə, 24 fevral 1984-cü ildə o zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyev Bakıda istifadəyə verilən 5 nömrəli Taksimotor parkının açılışına gəlibmiş:
“O zaman mən orada çalışırdım. Həmin parkın istifadəyə verilməsi Bakıda nəqliyyat sektorunun inkişafı istiqamətində atılan uğurlu addım idi. 5 nömrəli Taksimotor parkının tikilməsi həm də ulu öndərin Bakının inkişafına göstərdiyi qayğının bir nümunəsi idi”.
Müsahibimiz deyir ki, 28 il öncə çəkilmiş bu şəkil həmin zamanlardan qalan bir xatirə kimi onun üçün çox qiymətlidir.

Mail Ağaxanov

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal