Modern.az

İrəvanda erməni və azərbaycanlı deputatlar arasında qarşıdurma olub

İrəvanda erməni və azərbaycanlı deputatlar arasında qarşıdurma olub

Parlament

23 Fevral 2012, 14:21

Azay Quliyevin çıxışı erməni parlamentariləri özündən çıxarıb

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev,  Milli Məclisin  deputatları Rövşən Rzayev və Fərəc Quliyev “Avronest” Parlament Assambleyasının Sosial komitəsinin iclasında iştirak etmək üçün fevralın 21-dən Ermənistanda səfərdədirlər.

Modern.az saytının məlumatına görə, “Avronest”in Sosial Komissiyasının iclasında azərbaycanlı və erməni deputatlar arassında ciddi qarşıdurma yaranıb. Səbəb isə millət vəkili Azay Quliyevin çıxışı olub. Azay Quliyev çıxışında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən, 1 milyona yaxın azərbaycanlı qaçqın məcburi köçkünün olmasından, müharibənin Azərbaycana vurduğu ziyandan, Ermənistanın qeyri-konstruktiv mövqeyindən sərt danışıb. Bu erməni deputatları özündən çıxarıb. Onlar bunu Azərbaycanın təbliğatının növbəti mərhələsi, dəfələrlə eşitdikləri yalan adlandırıblar. Tərəfləri iclasın təşkilatçısının müdaxiləsindən sonra sakitləşdirmək mümkün olub.

Buna baxmayaraq Azay Quliyev xatırladıb ki, Ermənistan işğalçılıq siyasətindən əl çəkərsə  “Avronest”ə daxil olan Ermənistanla mədəni-humanitar sahədə əməkdaşlıq etmək mümkündür. Lakin bir daha vurğulanıb ki, bu yalnız işğala son qoyularsa mümkün olar.

Deputat Naira Zoqrabyan bu çıxışdan bərk əsəbiləşərək bildirib ki, “görürsünüz, Azərbayan tərəfi öz fikrindən daşınmır, bir milyon qaçqın, 20% işğal olunmuş ərazi...”.

Erməni deputatlar Artak Zakaryan və Ovanes Saakyan azərbaycanlı millət vəkilinin çıxışına həm də ona görə etiraz ediblər ki, Dağlıq Qarabağ konfliktinin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olub, bu "Avronest"in yurisdiksiyasında deyil. Azay Quliyev isə hər vəchlə Dağlıq Qarabağ məsələsini diqqətdə saxlamaqla, təbliğat aparır.

Xatırladaq ki, Azərbaycan deputatları hazırda İrəvanda səfərdədilər. Məlumatı isə bir neçə erməni saytı yayıb (tert.am, azg, aravot).

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım