“İdman ili” ilə bağlı tədbirlər planı yaxın günlərdə təsdiq olunacaq. Modern.az saytının məlumatına görə bu barədə jurnalistlərə açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, Azərbaycanda “İdman ili”nə dair tədbirlər planın layihəsi hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib.
“Tədbirlər planında müxtəlif beynəlxalq yarışlar, konfranslar və təlimlər, Azərbaycanda keçirilməsi gözlənilən qadınlar arasında dünya futbol çempionatı ilə bağlı təkliflər nəzərdə tutulub”.
A.Rəhimov eyni zamanda qeyd edib ki, tələbələr üçün nəzərdə tutulan "Azərbaycan tələbə kartı" yaxın iki ayda tətbiq oluna bilər. Belə ki, kartı hazırlayan şirkətin nümayəndələri artıq Bakıda olub və danışıqlar aparılıb və hazırda bunun üzərində iş gedir.
Modern.az