Modern.az

İsa Qəmbər jurnalistləri bir yerə yığdı: "Sizi dəvət etmişəm ki, nə sualınız var, verəsiniz"

İsa Qəmbər jurnalistləri bir yerə yığdı: "Sizi dəvət etmişəm ki, nə sualınız var, verəsiniz"

Təhsil

23 Fevral 2012, 15:26

Fevralın 23-də Müsavat başqanı İsa Qəmbər partiyasının mərkəzi qərargahında mətbuat konfransı keçirib.

Modern.az “Media forum”a istinadən xəbər verir ki, mətbuat konfransını açarkən İsa Qəmbər jurnalistlərə deyib ki, bu tədbir son vaxtlar ona Müsavat başqanlığı mövzusunda verilən suallarla bağlıdır: “Sizi dəvət etmişəm ki, nə sualınız var, verəsiniz”.

Müsavat başqanı bu postda qalmayacağının birmənalı olduğunu vurğulayıb. O deyib ki, Müsavatın nizamnaməsi eyni şəxsin dalbadal iki dəfədən çox başqan seçilməsini yasaqlayır və buna görə də qarşıdan gələn qurultayda namizədliyini irəli sürməyəcək.

İsa Qəmbər bildirib ki, partiya qurultayını Bakıda, Azərbaycanda keçirmək niyyətindədir. “Qurultayın xaricdə keçirilməsi variantı varmı” sualına cavabında Müsavat başqanı deyib: “Qurultayı Azərbaycanda keçirmək mümkün olmasa, bu variantı müzakirə edərik”.

Müsavat başqanı jurnalistlərə onu da bildirib ki, fevralın 26-da müxalif İctimai Palatanın üzvləri Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edəcəklər. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal