Modern.az

"Eurovision-2012" üçün viza verilməsi şərtləri açıqlandı

"Eurovision-2012" üçün viza verilməsi şərtləri açıqlandı

Təhsil

23 Fevral 2012, 16:06

Azərbaycan Respublikasında "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar olaraq müsabiqə dövründə viza almaq üçün şərtlər sadələşdirilib. «Azərbaycan Hava Yolları» QSC-dan Modern.az saytına verilən məlumata görə, Azərbaycan Respublikasına gələn müsabiqə iştirakçısı olan dövlətlərin vətəndaşları və həmin dövlətlərdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

Aşağıda göstərilən sənədlərdən biri viza verilməsi üçün əsas sayılır:

 –  “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu;

 –    Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçməni təsdiq edən sənəd;
 –   “Eurovision-2012” mahnı müsabiqəsinin konsertlərinə bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd;

Yuxarıda göstərilən sənədlər əsasında viza aşağıdakı müddətlərə verilə bilər:

 – “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsi tərəfindən verilmiş rəsmi dəvət məktubu əsasında gələn şəxslər, habelə Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş müsabiqə iştirakçıları və nümayəndə heyətlərinin üzvləri - 2012-ci il aprelin 15-dən iyunun1-dək;
 –  Avropa Yayımları Birliyinin müvafiq qaydalarına uyğun olaraq akkreditasiyadan keçmiş jurnalistlər və fanklub üzvləri, habelə “Eurovision-2012” mahnı müsabiqəsinin konsertlərinə bilet əldə etmiş şəxslər - 2012-ci il mayın 10-dan iyunun 1-dək.

Modern.az

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal