Türkiyənin Qars şəhərindəki Qafqaz Universitetində çalışan Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub bir neçə gün öncə Bakıya gəlmişdi, o, artıq geri qaydıb. Müsavatın qurultayı ərəfəsində Bakıda olan Vurğun bəy partiyasındakı toplantılara da qatılıb. Maraqlıdır, partiyada başqanlıq mübarizənin getdiyi məqamda Vurğun bəy özünün dəstəklədiyi namzədlə bağlı təkliflə çıxış edibmi?
V.Əyyubun özü ilə əlaqə saxlaya bilmədik.
“Müsavat başqanının sabiq I müavini, Müsavat Partiyasının rəhbərlərindən biri olan Vurğun Əyyub hər zaman partiyanın keçirilmiş iclaslarında fəal iştirak edib”. Bu sözləri Modern.az saytına Müsavat Məclisinin sədri Arzu Səmədbəyli deyib. O bu yaxınlarda Türkiyədən qayıdan V.Əyyubun Müsavat Divanın iki toplantısının iştiraçısı oluduğunu da söyləyib:
“Vurğun Əyyub qayıtdıqdan sonra Müsavat Divanının iki yığıncağında iştirak edib. O, həm partiya həyatına aid olan, həm də ictimai-siyasi vəziyyətə dair müzakirə olunan bütün məsələlərdə iştirak edib. Bu müzakirələrdə fikirlərini deyib, tövsiyyələrini verib və partiya haqqında düşündüklərini partiyadaşarına söyləyib”.
Anar Kəlbiyev