Azərbaycan Respublikasının “Qaz təchizatı haqqında” Qanununun tələblərinə uyğun olaraq, 2010-cu il yanvar ayının 1-dən saatlıq qaz sərfi 6 kubmetrə qədər olan mavi yanacaqdan istifadə edən əhali abonentlərinin mənzillərində qaz sayğaclarının quraşdırılması və dəyişdirilməsi ARDNŞ-nin “Azəriqaz” İB-nin vəsaiti hesabına həyata keçiriləcək. Modern.az xəbər verir ki, bu barədə ARDNŞ-nin mətbuat xidmətindən məlumat verilib. Bundan başqa, yeni istehlakçılar üçün mənzillərdə quraşdırılacaq qaz sayğacları “Azəriqaz” İB tərəfindən təmin ediləcək. Lakin yeni istehlakçılar üçün quraşdırma xərcləri onların öz vəsaiti hesabına ödəniləcək.