Modern.az

Ronaldunun adı stadiona veriləcək

Ronaldunun adı stadiona veriləcək

13 Oktyabr 2019, 14:45

Portuqaliyanın “Sportinq” klubunun stadionu Kriştianu Ronaldunun adını daşıya bilər. Klub bu qərara gəlib.

 

Modern.az xəbər verir ki, “Sportinq”in prezidenti Frederik Varandaş qeyd edib ki, bu fikri uzaq gələcəyə saxlamaq istəmirlər:

 

“Kriştianu klubumuzun ən böyük simvollarından biri olub və olacaq. Bizim gənclər akademiyasının divarında onun liderlik, nizam-intizam haqqında sitatı əks olunub.

 

Kriştianu Portuqaliyanın bütün dövrlər üzrə ən yaxşı idmançısıdır”.

 

Qeyd edək ki, Ronaldu karyerasına “Sportinq”də başlayıb və 2003-cü ilə qədər bu klubun şərəfini qoruyub. “Sportinq”in heyətində o, Portuqaliya Superkubokunu qazanıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI