Modern.az

Xocalı soyqırımı CNN-Türk-də anıldı

Xocalı soyqırımı CNN-Türk-də anıldı

Təhsil

23 Fevral 2012, 17:59

CNN-Türk telekanalında Xocalı soyqırımı özəl proqramla anılıb. Modern.az xəbər verir ki, dünən, Türkiyənin tanınmış yazarı Taha Akyolun müəllifi olduğu "Əyrisi doğrusu" proqramı Xocalı soyqırımına həsr olunub.

Proqramın qonaqları Azərbaycanın Türkiyədəki Səfirliyinin mətbuat katibi Elsevər Salmanov və tanınmış tekejurnalist, Asiya Dialoqu İstimai Birliyinin sədri Sevil Nuriyeva Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, Xocalı soyqırımının doğurduğu nəticələr haqda danışıblar. Onlar Azərbaycanın ədalətli mövqeyinin müdafiəsində qardaş toplumların dəstəyinə böyük ehtiyac duyulfuğunu qeyd ediblər.

Veriliş dünən Türkiyə vaxtı ilə saat 15.05-dən canlı yayınlanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal