Eymon Gilmor: “Tərəflərin iradə nümayişi olmadan heç bir problem həll edilməyək”
ATƏT-in fəaliyyətdə olan sədri Eymon Gilmor aprel ayında Cənubi Qafqaza səfər etməyəi planlaşdırır. Modern.az bildirir ki, o, bu barədə erməni informasiya agentliyinə müsahibəsində deyib.
“Ümid edirəm ki, mənim Cənubi Qafqaza səfərim aprel ayında baş tutacaq”-deyə o vurğulayıb.
İrlanidyanın baş naziri olan Gilmor müsahibədə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı bir sıra məqamlara toxunub.
ATƏT-in fəaliyyətdə olan sədri bildirib ki, cəbhənin təmas xəttində olan situasiya ciddi problem olaraq qalır. “Mən Minsk Qrupunun səylərini tam dəstəkləyirəm. Biz həmçinin prezidentlərin Soçi görüşündə əldə edilən razılaşmaların necə reallaşacağını gözləyirik. İnsanlar arasında təmaslar problemin uzunmüddətli həlli üçün mühüm əhəmiyyət daşıyır. Ziyalılar, alimlər, ictimaiyyətin nümayəndələri arasında dialoq bu istiqamətdə birinci addım ola bilər”-deyə Gilmor bildirib.
O qeyd edib ki, tərəflərin iradəsi olmasa heç bir problem həll olunmayacaq: “Tərəflərin iradə nümayişi olmadan heç bir problem həll edilməyək. Əgər münaqişə tərəfləri qaçılmaz qurbanlara və kompromislərə hazır deyillərsə, bu problem həllini tapa bilməz”.
Xaqani SƏFƏROĞLU