Modern.az

Oqtay Əsədov: "Ermənilər peşman olacaqlar"

Oqtay Əsədov: "Ermənilər peşman olacaqlar"

Parlament

24 Fevral 2012, 12:18

Xocalı soyqırımının 20-ci ildönümü bu gün Azərbaycan parlamentində də qeyd olunur. Bir qədər öncə Milli Məclisin Xocalı soyqırımının 20-cı ildönümünə həsr edilmiş xüsusi iclası öz işinə başlayıb.

Modern.az xəbər verir ki, iclası açan spiker Oqtay Əsədov bildirib ki, Xocalı hadisəsi dünya tarixində ən ağır cinayətlərdən biridir. Daha sonra spiker parlamentin deputatlarını Xocalıda şəhid olan və öldürülən insanların xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırıb.

Bir dəqiqəlik sükutdan sonra Oqtay Əsədov çıxış eləyərək deyib ki, Xocalı soyqırımı dünyada ən dəhşətli cinayətdir. 

“Xocalı faciəsi ilə bağlı Milli Məclis 26 fevralı Xocalı soyqırımı günü elan edib. Biz Qarabağ probleminin sülh yolu ilə həllinə çalışırıq, lakin dövlət başçısının da dediyi kimi lazım gəlsə, torpaqlarımızı digər vasitələrlə də azad etməyə hazırıq. Əgər ermənilər sülh danışıqlarını pozsalar, onlar böyük peşmançılıq keçirəcəklər”.

Bundan sonra Milli Məclisdə Xocalı soyqırımına həsr edilmiş film nümayiş etdirilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım