Modern.az

Deputat Əli Məsimlidən Xocalı soyqırımına dair vacib təkliflər

Deputat Əli Məsimlidən Xocalı soyqırımına dair vacib təkliflər

Parlament

24 Fevral 2012, 13:26

Milli Məclisin Xocalı soyqımına həsr olunmuş bugünki xüsusi iclasında millət vəkili Əli Məsimli təkliflə çıxış edib. Modern.az saytının məlumatına görə, deputat  bildirib ki, Xocalı soyqırımına həsr olunmuş beynəlxalq konfransın çağırılmasına eyhtiyac var.
“Həmin konfransın sənədləri bütün dünyaya yayılmalıdır. O cümlədən sənədlər xarici dillərə tərcümə edilməli və internet vasitəsilə bütün dünyaya çatdırılmalıdır”.

Əli Məsimli başqa bir təkliflə də çıxış edib. O qeyd edib ki, Xocalı soyqırımında istirak edən ermənilər soyqırımla bağlı kitablar yazıb, müsahibələr veriblər. Onların həmin o kitabları, müsahibələri yenidən tərcümə olunub, nəşr olunmalıdır.
“Ermənilərin öz əlləri ilə yazdığı bu kitablar bütün dünyaya yayılmalıdır. Bu kitablar erməni soyqırımı ilə bağlı ən tutarlı faktdır”.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım