Modern.az

Cəmi bir SMS-ə Bakcell-dən avtomobil qazandı

Cəmi bir SMS-ə Bakcell-dən avtomobil qazandı

Təhsil

24 Fevral 2012, 16:41

Azərbaycanın ilk mobil operatoru Bakcell şirkəti fevralın 24-də “Öz Porsche-ni seç!” kampaniyasının qalibinə “Porsche” avtomobilini təqdim edib. Bu dəfəki qalib kampaniya müddətində cəmi bir SMS göndərib və indiyə qədər keçirilən elekton püşkatmaların tarixində ən şanslı qalib olub. 

“Porsche Bakı Mərkəzi”ndə keçirilən mərasim zamanı Bakcell şirkətinin Baş kommersiya direktoru Krasimir Genov Porsche-nin sahibi Emil Məmmədova avtomobilin açarlarını təqdim edib: “Abunəçilərimiz üçün bu cür kampaniyalar təşkil etmək Bakcell üçün artıq bir ənənəyə çevrilib. Cəmi bir nüçə gün əvvəl başqa bir abunəçimiz Bakcell-dən “Mercedes-Benz” avtomobili qazandı. Bu cür kampaniyalar gələcəkdə də davam etdiriləcək. Kampaniyalarımızın şəffaf keçirilməsi üçün bütün lazımi tədbirlər görülür”.

Emil Məmmədov ona belə bir fürsət qazandırdığı üçün Bakcell şirkətinə təşəkkür edib: “Dekabrın 31-də cəmi bir SMS göndərmişdim və bu SMS mənə “Porsche” qazandırdı. Heç ağlıma da gətirməzdim. Görünür, çox şanslıyam”.

“Öz Porsche-ni seç!” kampaniyası 10 noyabr 2011-ci il tarixindən 25 yanvar 2012-ci il tarixinə qədər keçirilib. Kampaniyada iştirak etmək üçün abunəçilər 333 qısa nömrəsindən göndərilən qısa SMS-suala cavab verməklə gündəlik və həftəlik hədiyyələri qazanmaq imkanını əldə edirdilər. 66 iştirakçı gündəlik və 10 iştirakçı həftəlik hədiyyələr qazanıb. Xoşbəxt qaliblər Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənmiş Tiraj Komissiyasının iştirakı ilə elektron püşkatma vasitəsilə seçilib.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal