Modern.az

Təlim zamanı 3 hərbi qulluqçu həlak oldu

Təlim zamanı 3 hərbi qulluqçu həlak oldu

20 Oktyabr 2019, 21:43

ABŞ-da təlim zamanı 3 hərbi qulluqçu həlak olub.

Modern.az-ın xarici mediaya istinadən xəbər verir ki, hadisə Corciya ştatında keçirilən təlim zamanı baş verib.

Hadisə nəticəsində  ölkənin üç hərbi qulluqçusu həlak olub, üç nəfər yaralanıb.

Faciənin təlim meydanında Fort Stüartdakı 3-cü piyada diviziyasının 1-ci Zirehli Briqadasının təlimlərində iştirak edən Bradley zirehli texnikasının uğradığı qəza nəticəsində baş verdiyi bildirilir.

Hərbiçilərin ölümü yerindəcə müəyyənləşdirilib, zərərçəkənlər xəstəxanaya aparılıb.

Hadisə ilə əlaqədar hazırda istintaq aparılır.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI