Modern.az

60 yaşlı kişini maşın vurdu - Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında

60 yaşlı kişini maşın vurdu - Baş Dövlət Yol Polisi İdarəsinin qarşısında

Aktual

22 Oktyabr 2019, 19:33

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

 

Modern.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtı Binəqədi rayonu, Binəqədi şossesində baş verib. 1998-ci il təvəllüdlü Rüstəmov Allahverdi Ənvər oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin qarşısındakı yolda hərəkətdə olarkən yolu keçən Oğuz rayon sakini, 1959-cu il təvəllüdlü Həmidov Fərrux Fərman oğlunu vurub.

Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.

 

Faktla bağlı cinayət işi başlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi