Modern.az

ABŞ səfirliyi cavab verdi:  “Yalandır və absurddur” 

ABŞ səfirliyi cavab verdi:  “Yalandır və absurddur” 

Aktual

22 Oktyabr 2019, 20:16

"Son zamanlar mətbuatda ABŞ-ın Azərbaycanda sabitliyi pozmaqda maraqlı olması ilə bağlı yayılan ittihamlar yalandır və absurddur".

Modern.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfirliyinin Müvəqqəti işlər vəkili Maykl Dikerson bildirib.
 
Maykl Dikerson Azərbaycan dilində yaydığı açıqlamada bildirir ki, ölkəsi Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır: "Mətbuatda yayılan məlumatların geri çəkilməsini təqdir edirik. Azərbaycan müstəqillik qazandıqdan sonra ABŞ müstəqil sabit, firavan və demokratik Azərbaycanı dəstəkləyib. Bu illər ərzində ABŞ Azərbaycana 1.5 milyard dollar yardım göstərib. Bu da ölkənin demokratikləşməsi istiqamətində atılan addımlara töhfə verib. ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində tərəflərlə işləmək əzmindədir. Bundan sonrakı illərdə də hər iki xalqın manafeyi naminə əməkdaşlığımızı dərinləşdirməyə ümid edir".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI