Modern.az

"Qarabağ" - APOEL matçına 25 min bilet satılıb

Aktual

22 Oktyabr 2019, 21:41

“Qarabağ” - APOEL oyunu üçün bilet satışı davam edir.

Modern.az  Ağdam təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir, artıq 25 min bilet satılıb.

Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10, 15, 50 və 70 AZN-dir. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, “Gənclik Mall”, “28 Mall”, “Park Bulvar”dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək olar.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - APOEL matçı saat 20:55-də başlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi