“Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti(ASC) Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2004 cü il oktyabrın 23 də imzaladığı sərəncamla yaradılıb. 2009 cu il iyulun 21-də prezidentin sərəncamı ilə Kənd Təsərrüfatı Naziriliyinin tabeliyinə verilib. Hal-hazırda "Aqrolizinq" ASC- nin əsas fəaliyyət prinsipləri kəndli və fermerlərə yaxınlıq, səmərəli idarəçilik və innovasiyaların tətbiqidir. "Aqrolizinq" ASC-nin hazırda 9 regional nümayəndəliyi, 44 rayon bölməsi, 3 təchizat bölməsi var. 2019 cu ilin taxıl biçini zamanı 738 ədəd müasir tipli kombaynlardan istifadə etməklə, 20 gün tez operativ və itkisiz biçin həyata keçirilib".
Modern. az xəbər verir ki, bunu "Aqrolizinq" ASC - nin ictimaiyyətə əlaqələr departamentinin rəhbəri Aytəkin Məmmədova media turda danışarkən deyib.
Həmçinin bildirib ki, cari ilin mart ayında "Aqrolizinq" ASC tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində kənd sakinlərinə gübrə paylanılıb. 72 vətəndaşa 24 ton Ammonium nitrat, və 16 ton Ammofos olmaqla 40 ton həcmində ödənişsiz gübrə paylanılıb. Bu gün isə 51 ailəyə 13600 kq Ammofos gübrəsi paylanılacaq.
Qeyd edək ki, hazırkı gübrə "Aqrolizinq" ASC və Moran Aqronun birgə dəstəyi ilə vətəndaşlara ödənişsiz olaraq təqdim ediləcək.