Modern.az

Bakıda 146 min abunəçi bir ildir supulu vermir

Bakıda 146 min abunəçi bir ildir supulu vermir

Təhsil

27 Fevral 2012, 16:16

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti bəyan edib ki, içməli su və kanalizasiya xidmətlərindən istifadə haqlarının vaxtında və tam ödənilməsinə xüsusi diqqət yetirir. 2011-ci ildə maarifləndirmə və nəzarət tədbirlərinin gücləndirməsi nəticəsində içməli su və kanalizasiya xidməti haqlarının ödəniş səviyyəsi yüksəlib.   

Belə ki, ötən ilin nəticələrinə görə, istehlakçılar istifadə etdikləri içməli suyun və göstərilən kanalizasiya xidmətlərinin 85 faizinin haqqını ödəyiblər. 2010-ci ildə bu göstərici 73 faiz təşkil edib.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsininin məlumatına görə, əhali qrupu üzrə ödəniş səviyyəsi 58,8 faiz, qeyri-əhali qrupu üzrə isə 110,1 faiz təşkil edib.
Prezident İlham Əliyevin 8 aprel 2011-ci il tarixli fərmanı ilə əhalinin 1 fevral 2011-ci il tarixinə olan 294,2 milyon manat məbləğində debitor borcları silindikdən sonra “Azərsu” ASC-də ödənişlərə nəzarət artırılıb. Təkcə Bakı şəhəri üzrə ödənişləri vaxtında və tam yerinə yetirən abunəçilərin xüsusi çəkisi 74 faizə çatıb. Bununla belə, paytaxt üzrə əhali abunəçilərinin 26 faizi və ya təqribən 146 mini son bir ildə bir manat da olsun ödəniş etməyib. Paytaxtın rayonları arasında ödəniş səviyyəsinə görə ilk yeri Xəzər rayonu tutur. Burada abunəçilərin 90 faizi içməli su və kanalizasiya xidmətlərinə görə ödənişləri vaxtında edir. 

“Qeyd edək ki, “Azərsu” ASC içməli su və kanalizasiya xidmətlərindən istifadə haqlarının vaxtında və tam ödənilməsi üçün nəzarət və maarifləndirmə tədbirlərini bundan sonra daha da gücləndirəcək. “Azərsu” ASC bir daha abunəçilərin diqqətinə çatdırır ki, heç bir halda su təsərrüfatında nəzarətçilərə nağd pul ödəməsinlər. Ödənişləri bank və poçt şöbələrində, Pay Point ödəniş terminallarında və plastik kartlardan istifadə etməklə internet vasitəsilə aparsınlar”-deyə qurumdan Modern.az-a bildirilib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal