Modern.az

Azərbaycanın 10 deputatı, komitə sədri və nazir müavini Belçikaya gedir

Azərbaycanın 10 deputatı, komitə sədri və nazir müavini Belçikaya gedir

Təhsil

27 Fevral 2012, 17:24

Mart ayının 5-dən 8-nə Belçika Parlamentinin Nümayəndələr Palatasında “Dağlıq Qarabağ münaqişəsi-hüquqi və humanitar aspektlər. İşğal edilmiş ərazilər, unudulmuş ərazilər” mövzusunda müzakirələr təşkil ediləcək. Müzakirələrin təşkilatçısı Şamaxının millət vəkili, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elxan Süleymanovdur. E.Süleymanovdan aldığımız məlumata görə tədbirdə Azərbaycanı təmsil edəcək nüfuzlu heyətin tərkibinə baş nazirin müavini, Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və iqtisadi inkişaf  nazirinin müavini Sevinc Həsənova ilə yanaşı, millət vəkilləri Fuad Muradov, Qüdrət Həsənquliyev, Zahid Oruc, Fazil Mustafa, Qənirə Paşayeva, Azər Kərimli, Fərəc Quliyev və Ceyhun Osmanli daxildirlər. Nümayəndə heyətində həmçinin tarix üzrə fəlsəfə doktoru Məhərrəm Zülfüqarlı və hüqüq üzrə fəlsəfə doktoru Fuad Süleymanov kimi tədqiqatçılar, eləcə də AzərTAc-ın əməkdaşı, fotoqraf İlqar Cəfərov, APA agentliyindən Viktoriya Dementyeva da təmsil olunurlar. 

Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri  Elxan Süleymanov      səfər çərçivəsində həmçinin Belçika Parlamenti Nümayəndələr Palatasının sədri cənab Andre Flaho ilə görüşün,  Avropa Strateji Kəşfiyyat    və Təhlükəsizlik Mərkəzində  Dağlıq Qarabağ: “Avropa     İttifaqı ölkələrinin bu haqda anlayışı, buna münasibəti və perspektivləri” mövzulu müzakirənin keçiriləcəyini qeyd etdi.

E.Süleymanov həmçinin vurğuladı ki, Belçikadakı Azərbaycan səfirliyində Ermənistanın təcavüzündən bəhs edən fotolardan ibarət sərgi  və kitab sərgisi də təşkil ediləcək.

Tədbir iştirakçıları 20 il bundan əvvəl baş vermiş Xocalı soyqırımın qurbanlarının xatirəsini yad edəcəklər.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal